Klub haqqında məlumat

2019-ci il, may ayin 1-də Azərbaycan voleybol ailəsinə yeni üzv qoşuldu – “Murov” voleybol Klubu yaradıldı. Klubun əsası qoyulduqdan qısa müddət sonra Yüksək liqada çıxış etməyə başladı. “Murov” 2021/2022 il mövsümu 5 komanda arasında 1-ci pillədə başa vurdu və Azərbaycan çempionu oldu. 2022/2023-cü il mövsumunda, ikinci dəfə nəticəni təkrarladı – iki qat Azərbaycan çempion statusu qorudu və həmçinin Heydər Əliyev 100 illiyinə həsr olunmuş turnirində qalib gəldi. 2023-cü ilin 18 iyul tarixində «Murov» voleybol klubunun adı dəyişilib və hal hazırda «Murov Az Terminal» voleybol klubu kimi faliyət göstərir. Murov Az Terminl voleybol klubun Kişi və Qadın komandalarından ibarıtdir. Uşaq və Gənc idmanşılarımıza klub tərəfindən hüsusi diggət ayrılır.

MUROV VOLEYBOL KLUBUNUN MİSSİYASI

Yeni mövsüm üçün qarşıya qoyulan əsas hədəf “Murov Az Terminal”ın avrokuboklara vəsiqə qazanmasıdır. Təcrübəli legionerlərlə yerli voleybolçuların vəhdətindən rəqabətə davamlı komanda formalaşdırmaq istiqamətində gedən işlər də məhz buna hesablanıb. Komandamızın əsas missiyası isə dəyişməz olaraq qalıb olmaqdır. Murov Az Terminal voleybol klubun əsas hədəfi ölkə voleyboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə əməli tədbirlər görülməkdədi.