Xəbərlər

24.01.2024 - Volleyball

Fərid Cəlalovun növbəti uğuru!

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. “Murov Az Terminal” klubu MOİK-i qəbul edib.
“Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıb və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub - 25:8, 25:18. Beləliklə, maraqlı mübarizədə keçən matçda “Murov Az Terminal” 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gün keçirilən oyundan sonra “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “AZERRAIL”-in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
24 yanvar
Yüksək Liqa (kişilər)
“Murov Az Terminal” - MOİK 3:1 (25:18, 23:25, 25:8, 25:14)
 
24.01.2024 - Volleyball

Canab Nazir Murovun rayondan cəlb olunan yeniyetmələrlə tanış oldu.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.
Yanvarın 23-də GİN-in Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” qarşılaşmasından sonra baş tutan görüşdə Ş.Bağırov yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb, onlara professional idmançı olmaq yolunda tövsiyələrini verib. Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.
23.01.2024 - Volleyball

Eldar Yusubovun komandası Çempionatın cədvəlində birinci yerə yüksəlib!

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan matç “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, 10-cu turun və II dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “AZERRAIL” klubları arasında olacaq.
Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “AZERRAIL” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa (qadınlar)
23 yanvar
“Murov Az Terminal” - “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” - UNEC 3:0 (25:20, 25:7, 25:10)
16.01.2024 - Volleyball

Murovun qızları növbəti dəfə UNEC komandasını 3:0 hesabı ilə məğlub etdilər!

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Bu gün 9-cu tur çərçivəsində üç matç baş tutub.
Tura “Gəncə” - “Abşeron” görüşü ilə start verilib. Gəncə OİK-da təşkil olunan oyun gərginliyi ilə yadda qalıb. Meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq, “Abşeron” 3:2 hesabı ilə qələbə qazanıb.
Növbəti qarşılaşmada UNEC öz meydanında “Murov Az Terminal” klubunu qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son matçında “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Cengiz Akarçeşmenin yetirmələri bu oyunda 3:0 hesabı ilə üstün olublar.
Beləliklə, 9 turdan sonra “AZERRAIL” 22 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 20 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla (2 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa (qadınlar)
IX tur
“Gəncə” - “Abşeron” 2:3 (17:25, 23:25, 25:18, 26:24, 9:15)
UNEC - “Murov Az Terminal” 0:3 (11:25, 6:25, 14:25)
“AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:22, 26:24, 25:13)
13.01.2024 - Volleyball

Yeniyetmələrin növbəti uğuru!

Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızların birinciliyində növbəti oyunlar keçirilib.
13 yanvar
Oyunların nəticələri:
“İlkin klubu”- “ Murov Az Terminal”(0:2)
“Lokomotiv” - “AZERRAIL-3” (1:2)
“AZERRAIL-1” - “Xarı Bülbül Laçın” (2:0)
“Dinamo” - “AZERRAIL-4” (2:0)
“Bakı klubu” - “Zəngəzur” (0:2)
“Ryuga” - “Aura” (2:0)
Oyunlar Azərbaycan Voleybol Federasiyasının İdman zalında keçirilib.
12.01.2024 - Volleyball

Murov mövsümdə olan yeganə məğlubiyyətini bağladı.

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirilib. Bu gün 8-ci tur çərçivəsində iki görüş baş tutub.
Tura “Neftçi” - MOİK matçı ilə start verilib. “Murov Az Terminal” klubunun İdman zalında təşkil olunan görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyununda “Murov Az Terminal” və “AZERRAIL” klubları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “AZERRAIL” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa (kişilər)
VIII tur
“Neftçi” - MOİK 3:0 (25:20, 25:23, 27:25)
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8)
10.01.2024 - Volleyball

Yusubov ikinci dəfə revanş oyunu qələbə ilə bitirir!

Qadin voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub. Bu gün GİN-in Voleybol Mərkəzində 8-ci turun iki oyunu keçirilib.
İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. “Milli Aviasiya Akademiyası” qarşılaşmaya daha yaxşı başlayıb və Vüqar Əliyevin yetirmələri üstünlüklərini sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıblar.
Turun növbəti oyunu isə “Murov Az Terminal” və “AZERRAIL” klubları arasında olub. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Murov Az Terminal” bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “AZERRAIL” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
9 yanvar
Yüksək Liqa (qadınlar)
VIII tur
“Abşeron” - “Milli Aviasiya Akademiyası” 0:3 (18:25, 19:25, 25:27)
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)
24.12.2023 - Volleyball

U-16 qızlarımız ilk oyunda 2:0 hesabı ilə qələbə qazanıblar!

Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızlar arasında birinciliyə start verilib.
 
Azərbaycan UNEC İdman zalında təşkil olunan yarışın qızlarımızın ilk oyunu keçirilib. Birinci oyunda komandamız “Bakı Klubu” ilə qarşılaşıb. Matçın qalibi “Murov Az Terminal U-16” komandası olub - (2:0). 
Yarışın növbəti oyunları AVF-nin və UNEC-in İdman zallarında baş tutacaq.
Qeyd edək ki, birincilikdə 18 komanda iştirak edir. Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.
 
23 dekabr
A qrupu 
“AZERRAIL-3” - “AZERRAIL-1” (0:2)
24 dekabr
10:00. “Aura” - “Lokomotiv” (AVF-nin İdman zalı)
11:00. “Xarı Bülbül Laçın” - “Sumqayıt” (UNEC-in İdman zalı)
11:30. “Abşeron” - “Milli Aviasiya Akademiyası” (AVF-nin İdman zalı)
B qrupu
12:30. “Murov Az Terminal” - “Bakı klubu” (UNEC-in İdman dman zalı)
13:00. “AZERRAIL-4” - “Xarı Bülbül Şuşa” (AVF-nin İdman zalı)
14:00. “Zəngəzur” - “Dinamo” (UNEC-in İdman zalı)
19.12.2023 - Volleyball

Eldar Yusubovun növbəti qələbə!

19 dekabr qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib.
GİN-in Voleybol Mərkəzində ilk olaraq “AZERRAIL” və “Gəncə” klubları üz-üzə gəliblər. Cengiz Akarçeşmenin yetirmələrinin üstünlüyü ilə keçən görüşdə “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar. Bu matç da 3 set davam edib. İlin son oyununda ilk hissədən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşmalarla həm də 7-ci tura yekun vurulub.
Qeyd edək ki, 7 turdan sonra “AZERRAIL” 18 xalla turnir cədvəlinə liderlik edir. Eyni xali olan “Abşeron” isə ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
19 dekabr
Yüksək Liqa (qadınlar)
VII tur
“AZERRAIL” - “Gəncə” 3:0 (25:21, 25:18, 25:16)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 0:3 (13:25, 24:26, 16:25)
16.12.2023 - Volleyball

İnanılmaz oyun! Abşeron komandasına qarşı revanşda qalibiyyət qazana bildik!

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada "Murov Az Terminal" və "Abşeron" klubları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha dəqiq oynayan "Murov Az Terminal" 2:0 irəli keçib. Eyni gerginlikdə keçən növbəti hissəni isə "Abşeron" kollektivi aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib. Lakin təşəbbüsü yenidən ələ alan "Murov Az Terminal" dördüncü setdən də qalib ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada "Murov Az Terminal" 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "AZERRAIL" və " Abşeron" 15 xalla 1-ci və 2-ci yerleri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran"Murov Az Terminal" 3-cü, 9 xalı olan "Gəncə" 4-cü, 3 xalı olan"Milli Aviasiya Akademiyası" 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
16 dekabr
Yüksək Liqa
"Murov Az Terminal" - "Abşeron" 3:1 (28:26, 25:22, 29:31, 25:17)
15.12.2023 - Volleyball

Neftçiya qarşı ikinci oyun-ikinci qələbə!

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Günün ilk qarşılaşması “Xarı Bülbül Şuşa” və MOİK komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş Şuşa təmsilçisinin üstünlüyü ilə keçib. Ziya Rəcəbovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Xarı Bülbül Laçın” və “AZERRAIL” klubları çıxıb. Bu qarşılaşmada qalib dörd setdə müəyyən olunub. Gərgin mübarizədə keçən oyundan “AZERRAIL” 3:1 hesabı ilə qalib ayrılıb.
Günün son matçında isə “Murov Az Terminal” və “Neftçi” komandaları üz-üzə gəliblər. Bu görüşdə də 3:1 hesabı qeydə alınıb. Matçın qalibi “Murov Az Terminal” komandası olub.
Beləliklə, “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “AZERRAIL” 2-ci, 13 xalla “Murov Az Terminal” 3-cü, “Neftçi” və “Xarı Bülbül Laçın” 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa
“Xarı Bülbül Şuşa” - MOİK 3:0 (25:18, 25:22, 25:15)
“Xarı Bülbül Laçın” - “AZERRAIL” 1:3 (23:25, 20:25, 25:21, 22:25)
“Murov Az Terminal” - “Neftçi” 3:1 (25:19, 25:20, 17:25, 25:22)
13.12.2023 - Volleyball

Abşeron komandası "məğlubiyyətsiz" statusu saxlaya bildi...

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Bu gün qadınlar arasında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma baş tutub.
Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası” komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Turun digər qarşılaşma GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Qadınların mübarizəsində növbəti görüş UNEC-lə “AZERRAIL” arasında olub. UNEC-in İdman zalında baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qalib gəlib.
Bu gün kişilərin çempionatında isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları qarşılaşıblar. GİN-in Voleybol Mərkəzində keçirilən bu matçda Şuşa komandası 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, qadınların turnir cədvəlində “Abşeron” və “AZERRAIL” klubları 15 xalla 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Hərəyə 9 xal toplayan “Murov Az Terminal” və “Gəncə” 3-cü, 4-cü pillədə yer alır. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan “UNEC” isə sonuncu pillədədir.
Kişilərin turnir cədvəlində “Xarı Bülbül Şuşa” xallarının sayını 13-ə çatdıraraq liderliyi ələ keçirib. “AZERRAIL” 11 xalla 2-ci, “Murov Az Terminal” 10 xalla 3-cü, “Neftçi” və “Xarı Bülbül Laçın” 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa (qadınlar)
“Gəncə” - “Milli Aviasiya Akademiyası” 3:1 (25:16, 22:25, 25:11, 25:10)
“Abşeron” - “Murov Az Terminal” 3:1 (25:20, 25:12, 22:25, 26:24)
UNEC - “AZERRAIL” 0:3 (12:25, 16:25, 17:25)
Yüksək Liqa (kişilər)
“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” 3:1 (25:18, 19:25, 25:22, 25:22)