Bu gün ❄️🏐 qar voleybolu üzrə Azərbaycan Çempionatına start verilib.
Ölkəmizdə ilk dəfə keçirilən yarışda 4️⃣ qadın (“AZERRAIL”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4️⃣ kişi (“AZERRAIL”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ilk günü 8️⃣ oyun baş tutub.
Sabah çempionatda 3-cü turun qarşılaşmalar, ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Qeyd edək ki, çempionat dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.
Oyunların nəticələri
2️⃣5️⃣ yanvar
Qadınlar
“AZERRAIL” - U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)
“AZERRAIL” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“AZERRAIL” - “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)
“AZERRAIL” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)
2️⃣6️⃣ yanvar
Qadınlar
10:00. “AZERRAIL” - “Gəncə”
10:45. “Murov Az Terminal” - U-21
Kişilər
11:30. “AZERRAIL” - U-21
12:15. “Murov Az Terminal” - “Gənclər”
14:30. 3-cü yer (qadınlar)
15:15. 3-cü yer (kişilər)
16:00. Final (qadınlar)
16:45. Final (kişilər)
Mükafatlandırma mərasimi

Digər Xəbərlər

15.08.2023 - Volleyball

HEYDƏR ƏLİYEV KUBOKU

,,MUROV'' 3-0 ,,XARI BÜLBÜL'' (25:13,25:14,25:22...

16.11.2023 - Volleyball

Kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümün ilk oyunları!

21.11.2023 - Volleyball

Murov komandası Gəncədə qonaq oldu.