Xəbərlər

04.12.2024 - Volleyball

Start götürən Yüksək Liqa

Bu gün kişi voleybolçular arasında start götürən Yüksək Liqanın qarşılaşmalarından maraqlı fotolar📸

01.11.2024 - Volleyball

Pazdnekov Aleksandr: “Murov Az Terminal” VK-nın kişilərdən ibarət komandasının baş məşqçisi

Pazdnekov Aleksandr: “Murov Az Terminal” VK-nın kişilərdən ibarət komandasının baş məşqçisi💬
“Bütün komandalar kimi biz də meydançaya qələbə üçün çıxırıq. Bəzən oyunumuz istədiyimiz kimi alınmır. Yarımfinaldakı rəqibimiz “AZERRAIL” yaxşı komandadır. Heyətimizlə bağlı biraz problemlərimiz var. Bəzi oyunçularımız qısa vaxtdır ki, komandaya cəlb olunublar. Buna baxmayaraq inanıram ki, qarşıdakı oyunda yaxşı çıxış edəcəyik”.
26.10.2024 - Volleyball

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.
Yarışın ilk günündə iki oyun baş tutub. Bu gün A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.
FHN-in İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov Az Terminal” klubları arasında olub. Bu görüşdə isə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişi voleybolçuların ölkə kubokunda növbəti qarşılaşmalar oktyabrın 29-də Sumqayıt OİK-də və Bakıda GİN-nin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “AZERRAIL”lə, B qrupunda yer alan “Xilasedici” isə GİN-nin Voleybol Mərkəzində MOİK komandası ilə üz-üzə gələcək.
Ölkə kuboku
Kişilər
26 oktyabr
🅰️ qrupu
“Gənclər” - “Neftçi” 0:3 (16:25, 12:25, 10:25)
🅱️ qrupu
“Xilasedici” - “Murov Az Terminal” 3:0 (25:17, 25:23, 25:21)
02.08.2024 - Volleyball

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və İcraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında olublar.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və İcraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında olublar.
Bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə də görüşüblər. “Murov Az Terminal” klubunun prezidenti Cavid Kərimov qonaqlara burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Daha sonra federasiya prezidenti “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.
Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
30.10.2024 - Volleyball

Çempionlar

Çempionlar🤩😎
16 yaşadək (U-16) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyinin qalibləri “Murov Az Terminal-1”
TƏBRİKLƏR🥇🥇
25.04.2024 - Volleyball

“Murov Az Terminal” - “Neftçi” 3:0 (25:20, 25:19, 29:27)

Azərbaycan Voleybol Federasiyası və “AZERRAIL” klubunun birgə təşkilatçılığı ilə Bakıda gənc voleybolçu oğlanlar arasında keçirilən Gənclər turniri başa çatıb. Fevralda start götürən yarışda ümumilikdə dörd komanda (“AZERRAIL”, “Neftçi”, “Murov Az Terminal”, MOİK) mübarizə aparıb.
Bu gün turnirin final matçı baş tutub. GİN-in Voleybol Mərkəzində keçirilən həlledici görüşdə “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal” turnirin çempionu olub.
Qalib komandaya kuboku “AZERRAIL” klubunun prezidenti Orxan Kərimov təqdim edib.
Gənclər turniri
25 aprel
Final
“Murov Az Terminal” - “Neftçi” 3:0 (25:20, 25:19, 29:27)
Təbriklər “Murov Az Terminal”💫🥇
20.04.2024 - Volleyball

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatı

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında bürünc medalçılar bəlli olub. Bu gün GİN-in Voleybol Mərkəzində üçüncü yerlər uğrunda oyunlar keçirilib. İlk olaraq meydançaya kişi voleybolçulardan ibarət MOİK və “Neftçi” klubları çıxıblar. 3 set davam edən görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, bu matçda 3:0 hesabı ilə qalib gələn “Neftçi” Yüksək Liqanın bürünc medalına sahib çıxıb. MOİK isə çempionatı dördüncü yerdə başa vurub.
Daha sonra qadın voleybolçulardan ibarət “Gəncə” və “Murov Az Terminal” klubları arasında üçüncülük oyunu start götürüb. Gərgin mübarizədə keçən bu qarşılaşmanı “Murov Az Terminal” 3:0 hesabı ilə öz xeyrinə başa vuraraq çempionatın bürünc medalını qazanıb. Yüksək Liqanın debütantı “Gəncə” klubu isə dördüncü yeri tutub.
Qeyd edək ki, aprelin 22-də kişilərin, 23-də isə qadınların final qarşılaşmaları baş tutacaq. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.
Azərbaycan çempionatı
Yüksək Liqa
Üçüncü yer uğrunda oyunlar
20 aprel
Kişilər
MOİK - “Neftçi” 0:3 (11:25, 15:25, 13:25)
Qadınlar
“Gəncə” - “Murov Az Terminal” 0:3 (24:26, 18:25, 16:25)
18.04.2024 - Volleyball

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatı

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında bütün finalçılar bəlli olub.
Bu gün GİN-in Voleybol Mərkəzində keçirilən son yarimfinal çərçivəsində ilk olaraq kişilərdən ibarət “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. “Murov Az Terminal” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb.
Növbəti qarşılaşma isə qadınlardan ibarət “Murov Az Terminal” və “Abşeron” klubları arasında baş tutub. Gərgin keçən bu oyunda “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb. Cütün ilk qarşılaşmasında “Abşeron” 3:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Avşeron” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Murov Az Terminal” isə bürünc medal uğrunda oyuna çıxacaq.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda MOİK və “Neftçi” komandaları , finalda “AZERRAIL” və “Murov Az Terminal”, qadınların mübarizəsində isə bürünc medal uğrunda “Gəncə” və “Murov Az Terminal”, qızıl medal uğrunda “AZERRAIL” - “Abşeron” komandaları üz-üzə gələcəklər.
Azərbaycan çempionatı
Yüksək Liqa
18 aprel
Yarımfinal (ikinci oyunlar)
Kişilər
Neftçi” - “Murov Az Terminal” 0:3 (21:25, 25:20, 19:25)
Qadınlar
“Murov Az Terminal” - “Abşeron” 3:1 (21:25, 25:20, 25:19, 25:20)
Qızıl set (11:15)
18.04.2024 - Volleyball

Kişi voleybolçular arasında Azərbaycan çempionatı

Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti finalçısı “Murov Az Terminal” oldu👏

16.04.2024 - Volleyball

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsi

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsində növbəti oyunlar keçirilib.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişilərdən ibarət “Murov Az Terminal” və “Neftçi” klubları çıxıblar. Maraqlı mübarizədə keçən görüşdə “Murov Az Terminal” 3:0 hesabı ilə qalib gəlib.
Növbəti qarşılaşma qadın voleybolçulardan ibarət “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olub. Gərginliyi ilə yadda qalan bu matçda “Abşeron”un 3:1 hesablı qələbəsi qeydə alınıb.
Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.
Qeyd edək ki, yarimfinalın növbəti oyunları sabah keçiriləcək.
Yarımfinal (birinci oyun)
16 aprel
Kişilər
“Murov Az Terminal” - “Neftçi” 3:0 (27:25, 25:19, 25:18)
Qadınlar
“Abşeron” - “Murov Az Terminal” 3:1 (24:26, 25:15, 25:19, 25:22)
30.03.2024 - Volleyball

Şirvan OİK-də baş tutan 16 yaşadək (U-16) voleybolçu oğlanlar

Bu gün Şirvan OİK-də baş tutan 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinin qarşılaşmalarından fotolar📸

15.03.2024 - Volleyball

16 yaşadək (U-16) voleybolçu oğlanlar

16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinin qarşılaşmalarından fotolar 📸